RU

İspaniya İsrailə görə həmin yarışdan imtina edir

Hurriyyet.az xəbər verir ki, İspaniya İsrailə görə "Avroviziya" yarışını boykot etməyə hazırlaşır

İsrailin iştirak edəcəyi təqdirdə, İspaniya "Avroviziya-2026" mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə İspaniyanın RTVE dövlət teleradio şirkəti məlumat verib.

RTVE Direktorlar Şurasının məlumatında deyilir: "Qəzzada davam edən qırğınların fonunda İsrail müsabiqədə qalarsa, İspaniya "Avroviziya"da iştirak etməyəcək".

Qeyd edilir ki, Avropa Yayım Şurasının Baş Assambleyasının növbəti iclasında İsrailin "Avroviziya" iştirakçısı olan ölkələr sırasında saxlanılması qərara alınarsa, İspaniya ilk dəfə olaraq, müsabiqədə iştirak etməyəcək.

Hürr Tərcüman

Избранный
5
1
hurriyyet.az

2Источники