RU

Netanyahu Qəzzanı elə bombaladır ki, İsrail silkələnir

Qəzzada girov saxlanılanların ailələri İsrailin Baş naziri Benyamin Netanyahunun Qüds iqamətgahı qarşısında etiraz aksiyası təşkil ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, girovların ailələri İsrail ordusunun Qəzza şəhərində quru əməliyyatlarına başladığı və onların yaxınlarını təhlükə altına atacağından qorxduqları üçün etiraz aksiyası keçirirlər.

Fələstin mediası İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərini döyüş təyyarələri, artilleriya və pilotsuz təyyarələrlə vurduğunu və bunun nəticəsində güclü partlayışlara səbəb olduğunu bildirib. Hətta mərkəzi İsrailin sakinləri də zərbələrdən titrəyişlər hiss etdiklərini deyiblər.

Избранный
54
1
axar.az

2Источники