RU

"Mançester Yunayted" rəhbərliyi Amorimlə bağlı qərarını verdi - SON DURUM

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ruben Amorimi istefaya göndərmək qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Manudt Addicts" yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının 5-ci turunda “Çelsi” ilə keçiriləcək oyundan sonra istefaya göndəriləcək. 

Mankunianlar artıq onu əvəzləyəcək məşqçini də müəyyənləşdiriblər. Söhbət “Bornmut”un baş məşqçisi Andoni İraoludan gedir. "Qırmızı şeytanlar" onu 10 milyon funt-sterlinqə almağa hazırdır. 

40 yaşlı Amorimin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Premyer Liqanın yeni mövsümünün 4 turundan sonra "qırmızı şeytanlar"ın cəmi 4 xalı var və turnir cədvəlində 14-cü yerdədir.

Mirağa

Избранный
20
1
fanat.az

2Источники