RU

Kolbasa reklamı, aşıb daşan zibil qutuları YASAMALDA XAOS

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Yeni dərs ilinin başlanması ilə yaranan çətinliklər təkcə ictimai nəqliyyatla məhdudlaşmır, şəhərsalmanın əsas prinsiplərindən biri olan tullantıların idarə olunmasında da üzə çıxdı. "İnşaatçılar" metro stansiyasının qarşısındakı avtobus dayanacağında yerləşən zibil qutuları dolub-daşır, ətrafı tullantılarla doludur. Nəticədə ərazidə antisanitariya və pis qoxu yaranıb. İnsanlar avtobus gözləmək üçün dayanacaqda deyil, zibilliyin yanından kənarda dayanmağa məcbur olur.

Məsələ ilə bağlı Musavat.com-a danışan memar Cahid Həsənov deyir ki, problem ilk növbədə zibil qutularının düzgün planlaşdırılmaması ilə bağlıdır:

“Şirkətlər tender yolu ilə seçilir, amma qaliblərin çoxu şəhərsalmadan xəbərsizdir. Onlar bilmir ki, hansı ərazilərdə neçə metrdən bir zibil qutusu quraşdırılmalıdır, insanların sıx hərəkət etdiyi yerlərdə hansı ölçüdə qutular olmalıdır. Bu səbəbdən də əhali artdıqca, tullantıların həcmi çoxaldıqca qutular yüklənmənin öhdəsindən gələ bilmir”. Memarın fikrincə, tullantı qutuları sadəcə metal parçası yox, həm də davamlı və istifadəyə əlverişli olmalıdır: “Bu qutular oda davamlı və suya davamlı materialdan hazırlanmalıdır. Həmçinin rəng və formaları da insanların onlardan istifadə etməsinə təşviq etməlidir. Hazırda bəzi qutuların dizaynı elədir ki, insanlar onlara yaxınlaşmaq istəmir, nəticədə tullantını ətrafa atırlar”.

Cahid Həsənov əlavə edir ki, bu sahədə yalnız texniki yox, həm də maarifləndirici tədbirlər vacibdir. Onun sözlərinə görə, küçələr reklam lövhələri ilə doldurulub, amma onların əksəriyyəti kommersiya məqsədlidir:

“Küçələrdə kolbasa reklamları əvəzinə sosial və maarifləndirici reklamlar yerləşdirilməlidir. İnsanlara zibil qutularından necə istifadə olunacağı barədə pankartlar və sosial çarxlarla məlumat verilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
hurriyyet.az

3Источники