RU

2023-cü ilin antiterror əməliyyatları tarixi dönüş nöqtəsi idi

Bakı. Trend:

Azərbaycan dövlətçiliyi tarixində 2023-cü ilin sentyabrındakeçirilmiş lokal antiterror əməliyyatları mühüm strateji və tarixidönüş nöqtəsi kimi yadda qalmışdır. Bu əməliyyatlar yalnızölkəmizin ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüquqprinsiplərinin qəti şəkildə təsdiqi baxımından xüsusi əhəmiyyətkəsb etmişdir.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycantorpaqlarının böyük hissəsi işğaldan azad edilsə də, Qarabağbölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarınınnəzarətində olan ərazilərdə Ermənistan silahlı birləşmələrininqalması gərginlik mənbəyi idi. Bu qanunsuz hərbi birləşmələrdəfələrlə təxribatlara əl atır, Azərbaycan hərbçilərinə və mülkişəxslərə qarşı diversiya törədirdilər.

2023-cü ilin sentyabr ayının əvvəlində mina terroru nəticəsindəAzərbaycan polis və dövlət məmurlarının şəhid olması isə vəziyyətidözülməz həddə çatdırdı. Bu hadisə dövlətin suveren hüquqlarınıntəmin edilməsi üçün antiterror əməliyyatlarının başlanmasınıqaçılmaz etdi.

2023-cü il 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələritərəfindən Qarabağ bölgəsində lokal xarakterli antiterrortədbirlərinə start verildi. Əməliyyatların əsas məqsədi bölgədəkiqanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, onlarınhərbi infrastrukturunun sıradan çıxarılması və Azərbaycanınkonstitusiya quruluşunun bərpası idi.

Yüksək dəqiqlikli silahların tətbiqi, hərbi hissələrin dəqiqplanlaşdırılmış fəaliyyəti nəticəsində cəmi 24 saat ərzindəhədəflərə nail olundu. Ermənistan silahlı qüvvələrinin qalıqları vəseparatçı qurum təslim oldu, qeyri-qanuni silahlı dəstələrtərksilah edildi.

Antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasınınsuverenliyi və konstitusiya quruluşu tam şəkildə bərpa edildi,qanunsuz hərbi dəstələrin fəaliyyəti dayandırıldı, separatçılığason qoyuldu, Qarabağda yaşayan erməni əhalisinin Azərbaycancəmiyyətinə reinteqrasiyası üçün şərait yaradıldı.

Əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən də diqqətləizlənildi. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dəöz ərazi bütövlüyünü təmin etmək hüququna əsaslanaraq, qətiyyətlivə legitim addım atdı.

2023-cü ilin antiterror əməliyyatları Azərbaycan tarixində“ikinci Zəfər” kimi dəyərləndirilir. Əgər 2020-ci ilin Vətənmüharibəsi torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunmasıilə nəticələndisə, 2023-cü ilin əməliyyatları dövlət suverenliyinintam bərpasını təmin etdi. Bu hadisə Azərbaycanın gələcək inkişafı,Qarabağın sosial-iqtisadi dirçəlişi və regionda davamlı sülhünqurulması üçün yeni imkanlar açdı.

Azərbaycan xalqı əsrlər boyu azadlıq və müstəqillik uğrundamübarizə aparmışdır. 2023-cü ilin sentyabrında baş tutan antiterrorəməliyyatları bu mübarizənin məntiqi davamı olaraq dövlətimizinqüdrətini, ordumuzun peşəkarlığını və xalqımızın birliyini bir dahasübut etdi. Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və butarixi Zəfər gələcək nəsillər üçün qürur mənbəyi olaraqqalacaqdır.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Избранный
28
2
az.trend.az

3Источники