RU

Zaqatala sakininə xəsarət yetirən şəxs saxlanılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatala, 16 sentyabr, AZƏRTAC

Zaqatala rayonunun Bazar kəndinin 58 yaşlı sakini Tərlan Əliyev ona məxsus bağda hücuma məruz qalıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu zaman T. Əliyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib və o, hadisədən sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən T. Əliyevə hücum edən şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
4
azertag.az

7Источники