RU

"Benfika"nın 7 topunu buraxan qapıçı görün kimin oğludur? Atası... FOTO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Bakupost.az xəbər verir ki, Ağdam klubu ilk oyunda “Benfika”lı həmyaşıdları ilə qarşılaşıb.

Matç portuqalların 1:7 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Ağdam klubunun qapısını Teymur Həsənov qoruyub.

Qolkiperin avrokuboklarda ilk çıxışı çox uğursuz alınıb.

Qafqazinfo-nun məlumatına görə, T.Həsənovun ailəsi də idman ictimaiyyətinə tanışdır. Belə ki, onun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır.

Elxan Həsənov tez-tez “Qarabağ” qapıçılarının son illərdəki zəif çıxışına görə tənqid olunur.

Həmçinin qeyd edək ki, ata Həsənov Azərbaycan yığmasının heyətində 1:7-dən də böyükhesablı məğlubiyyətin şahidi olub.

O, Azərbaycan millisinin 1995-ci il sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsində Fransaya 0:10 hesablı məğlubiyyətinin iştirakçılarından olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
9
www.bakupost.az

10Источники