ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin "Google" korporasiyasında süni intellekt məhsullarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzərində çalışan 200-dən çox işçi xəbərdarlıq edilmədən işdən qovulub.
Oxu.Az xəbər verir ki, bu barədə "Wired" jurnalı məlumat yayıb.
İşçilərin sözlərinə görə, son ixtisarlar onların aşağı maaş və əmək təminatının olmaması kimi problemlərdən yaranan etirazlarını yatırtmaq cəhdləri fonunda baş verir. Qeyd olunur ki, bu hallar işçilərin əhval-ruhiyyəsinə təsir edib və onların işlərini yaxşı görmək imkanlarını təhlükə altına alıb.
Son illərdə "Google", "Gemini" çatbotunun cavablarının təhlili, redaktəsi və ya dəyişdirilməsini əhatə edən süni intellekt qiymətləndirmə işini Yaponiyanın "Hitachi" şirkətinə məxsus "GlobalLogic"də çalışan minlərlə podratçıya və digər autsorsinq şirkətlərinə həvalə edib.
"Onlar sadəcə məni ayırdılar… Səbəbini soruşdum və dedilər ki, "layihənin bağlanması" dedilər - artıq bu nə deməkdirsə", - deyə işdən qovulmuş işçi Endryu Lauzo bildirib.
Eyni zamanda, o iddia edib ki, bu il "GlobalLogic" öz işçilərini müntəzəm olaraq işdən çıxarmağa başlayıb.
"Hər an işdən çıxarıla biləriksə, bu işdə özümüzü necə təhlükəsiz hiss edək?" - deyə o yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.