"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Çelsi"nin heyətində dəyişiklik edilib.
Fanat.Az "zadəganlar" mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanottenin adı salınıb.
Portuqaliyanın U-21 millisinin sıralarında xəsarət alan Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunduğu üçün 20 yaşlı vingerlə əvəzlənib
Qeyd edək ki, "Qarabağ" "Çelsi" ilə ÇL-in 4-cü turu çərçivəsində Bakıda qarşılaşacaq. Oyun noyabrın 4-də keçiriləcək.