RU

Misirdə çimərliklər niyə bağlanır? VİDEO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, turistlərə gələnlərə istinad edən “Shot” portalının məlumatına görə, köpəkbalıqları Hurqada sahillərində və Makadi kurort şəhəri yaxınlığında müşahidə edilib. Son bir neçə gündə 5 ulduzlu “Labranda Royal Makadi”, “Kleopatra Luxury Beach” və “Stella Makadi” də daxil olmaqla 10-a yaxın otelin çimərlikləri bağlanıb. Daha sonra bəzi bölgələrdə qadağa götürülüb. Misirə uçmağı planlaşdıran turistlərdən diqqətli olmaları xahiş edilir. “Noyabr ayı üçün tur sifariş edərkən qeydiyyat zamanı kurortların çimərliklərinin yaxınlığında üzən köpəkbalıqları ilə bağlı mənə bir neçə dəfə xəbərdarlıq olunub”, - Misirə gəlməyi planlaşdıran turistlərdən biri deyib. Mütəxəssislər bildirirlər ki, turistlər insanlar üçün ən təhlükəli olan pələng, küt burunlu və ya öküz köpəkbalığı ilə rastlaşa bilərlər. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
azvision.az

1Источники