RU

Məktəbli bıçaqlanaraq öldürüldü -Sinif yoldaşı saxlanıldı


Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bildirilir ki, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə Medicina.az -a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.


Bildirilib ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib.

"Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib.

Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik",- deyə məlumatda vurğulanıb.


***


Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

Medicina.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Избранный
26
1
medicina.az

1Источники