RU

Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub -  Yenilənib

Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib. 

Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.

Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. 

Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Sentyabrın 16-da Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə APA-ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: "Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

***

Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
29
6
poliqon.info

10Источники