ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqı səfirinin Gürcüstan müxalifəti ilə görüşü barəsində açıqlama verib.
Spikerin sözlərinə görə, hakimiyyətin əleyhdarları Aİ bayrağı altında nifrət və düşmənçilik toxumları səpirlər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, Aİ səfiri Pavel Qerçinski ilə Gürcüstan müxalifət hərəkatının nümayəndələri arasında görüş gürcü xalqını ələ salan mesajlarla nəticələnib. Spiker qeyd edib ki, Gürcüstandakı QHT Həmrəylik Fondunun təsisçisi Anano Tsintsabadze Gürcüstanın müasir tarixində görkəmli siyasətçi Levan Qaçeçiladzenin ölümünü ələ salıb.
O bildirib ki, Gerçinskinin susması Anano Tsintsabadzenin ölkənin inkişafına töhfə vermiş şəxsin ölümü ilə bağlı fikirləri ilə faktiki razılaşması, bu mövqeyi dəstəkləməsi deməkdir.
Papuaşvilinin fikrincə, bu cür davranış Gürcüstanla səmərəli münasibətlər qurmaq üçün tamamilə dağıdıcı göstəricidir. "Aİ-nin belə bir yanaşma ilə demokratiya öyrətməyə haqqı yoxdur", - deyə spiker qeyd edib.
Hürr Tərcüman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.