RU

Azərbaycanda 8 ayda 2 300-dən çox minik avtomobili istehsal edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 318 ədəd və yaxud 12,1 % az - 2 309 ədəd minik avtomobili istehsal olunub.

"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu il sentyabrın 1-nə ölkədə 16 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 397,4 milyon manatlıq maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 1 il əvvələ nisbətən maşın və avadanlıqların istehsalı 0,7 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 % azalıb.

Hesabat dövründə Azərbaycanda 353 ədəd traktor istehsal edilib. Bu, illik müqayisədə 14,1 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 9 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin ilk 8 ayında Azərbaycanda 220 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-avqust aylarına nisbətən 43,6 % azdır. Nəticədə, bu il sentyabrın 1-nə ölkədə 61 ədəd hazır məhsul ehtiyatı yaranıb. 

"Cebheinfo.az"

Избранный
28
2
cebheinfo.az

3Источники