Sabah Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz"dan Modern.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 17.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Məlumata görə, Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.