RU

Regionda yeni mərhələ başladı Azərbaycan əsas sirri açdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Cəmiyyət üçün həyati əhəmiyyət kəsb etdiyinə görə, ictimai və dövlət maraqlarının qorunması tarix boyu hər bir sağlam və sabit cəmiyyətin başlıca məqsədlərindən biri olub və bu gün də öz aktuallığını qorumaqdadır. Bu maraqların qorunması, təkcə hüquqi və inzibati mexanizmlərlə deyil, həm də ictimai şüur, vətəndaş məsuliyyəti və sosial həmrəyliyə əsaslanan kompleks yanaşma ilə həyata keçirilir. Bu baxımdan, ictimai və dövlət maraqlarının daim diqqət mərkəzində saxlanılması heç də təsadüfi deyil. Bu, cəmiyyətin özünün yaşaması, inkişafı və sabitliyi üçün zəruri şərtdir.

Cəmiyyət və dövlət maraqları çox vaxt üst-üstə düşsə də, bəzi hallarda bu iki anlayış arasında müəyyən ziddiyyətlər və ya prioritet fərqləri meydana çıxa bilər. Məsələn, cəmiyyətin fərdi maraqları daha çox gündəlik rifah və azadlıqlara yönəlik ola bilərkən, dövlət maraqları daha strateji milli təhlükəsizlik, suverenlik və uzunmüddətli inkişaf hədəfləri ilə müəyyən olunur. Belə vəziyyətlərdə əsas məsələ bu iki maraq sahəsi arasında tarazlığın düzgün və ədalətli şəkildə qorunmasıdır.

Bundan başqa, dövlət-cəmiyyət dialoqunun təşviqi, yəni ictimai rəyin dinlənilməsi və nəzərə alınması istiqamətində atılan addımlar da bu tarazlığın qorunmasına xidmət edir. Müxtəlif sahələrdə yaradılan ictimai şuralar, e-hökumət platformaları və rəqəmsallaşan xidmətlər vasitəsilə vətəndaşların qərarvermə prosesinə qoşulması artıq bir normaya çevrilməkdədir.

Nəticə etibarilə, ictimai və dövlət maraqlarının uzlaşdırılması inkişaf etmiş hüquqi baza, güclü və şəffaf idarəetmə, sosial yönümlü iqtisadiyyat və vətəndaş cəmiyyətinin fəallığı ilə mümkündür. Azərbaycan bu istiqamətdə mühüm irəliləyiş əldə edib və qarşıdakı illərdə bu balansın daha da möhkəmləndirilməsi üçün davamlı islahatların aparılması zəruridir.

Azərbaycanda dövlət və ictimai maraqların qorunması məsələsi hər zaman gündəmdədir və bu gün də öz aktuallığını saxlayır. Bu maraqların müdafiəsi, hər bir cəmiyyətin əsas hədəflərindən biri hesab olunur. Ölkəmizdə aparılan məqsədyönlü və sistemli siyasət, məhz bu maraqların təminatına xidmət edir. Milli maraq isə Azərbaycan xalqının əsas dəyərləri və hədəfləri ilə yanaşı, insanın, cəmiyyətin və dövlətin inkişafını şərtləndirən siyasi, iqtisadi və sosial ehtiyacların birliyini ifadə edir.

Azərbaycanın bu sahədə atdığı addımlar hüquqi islahatlar, sosial proqramların genişləndirilməsi, şəffaflığın artırılması və rəqəmsal idarəetmənin tətbiqi dövlətin həm vətəndaş maraqlarını, həm də milli prioritetlərini nəzərə aldığını göstərir.

Azərbaycanda sözügedən istiqamətdə daha hansı addımlar atılır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, dövlət, ayrı-ayrı insanların və bütövlükdə cəmiyyətin müdafiəsi, təhlükəsizliyi, habelə maraq və mənafelərinin qanunauyğun və effektiv şəkildə təmin edilməsi məqsədilə mövcud olduğu üçün, əslində dövlət və cəmiyyətin maraqları geniş mənada toqquşmur:

Bəhruz Məhərrəmov

“Daha dəqiq desək, böyük fransız maarifçisi Russo¬nun “İctimai müqavilə” tezisində də ifadə olunduğu kimi, dövlətin hüquqları vətəndaşların və bütövlükdə cəmiyyətin könüllü şəkildə imtina etdikləri haqlar hesabına formalaşır.

Yəni vətəndaşlar, dövlətin xeyrinə öz hüquq və azadlıqlarının, o cümlədən gəlirlərinin bir hissəsindən imtina etməklə, cəmiyyətdə hüquq qaydasının, ictimai və şəxsi təhlükəsizliyin mərkəzləşdirilmiş şəkildə təminatını həyata keçirən dövlət aparatının saxlanmasına şərait yaradırlar.

O dövlətlər ki, cəmiyyətin real hədəflərini görmür, həmin ölkələrdə dövlət və ictimai maraqlar arasında toqquşmaların yaşanması mümkündür. Lakin Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, habelə vətəndaşların layiqli rifahının bərqərar edilməsidir. Bunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, Azərbaycanda dövlət və ictimai maraqlar arasında hər hansı uçurum və ya ayırıcı xətt mövcud deyil.

Xüsusilə Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yaranmış yeni geosiyasi konfiqurasiyada Azərbaycan cəmiyyəti və hər bir vətəndaş öz dövlətinin gücü və imkanları ilə qürur duyur və daha güclü Azərbaycan naminə səylərini əsirgəmir”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
globalinfo.az

1Источники