ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna lideri Vladimir Zelenski razılığa gəlməli olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərini ''Clash Report'' informasiya portalı X sosial şəbəkəsindəki səhifəsində sitat gətirib.
Nəşrin müəllifləri hansı sövdələşmədən danışdıqlarını dəqiqləşdirməyiblər. Lakin hazırkı qlobal vəziyyəti nəzərə alsaq, bu, çox güman ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Zelenski ilə Rusiya arasında razılaşmadır.