Bakı, 16 sentyabr, AZƏRTAC
Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” kollektivi ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.
AZƏRTAC-ın əldə edtiyi məlumata görə, matçı litvalı hakimlər - Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.
Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən Frans Quggenberger İdman Zalında təşkil olunacaq.