Ajans.az xəbər verir ki, Niyazi Bayramovun geyindiyi idman dəsti gözdən qaçmayıb. Onun ayaqqabıları dünyaca məşhur fransız brendi “ Hermes”ə aiddir, qiyməti isə təxminən 850 dollar civarındadır. Üzərindəki idman dəsti isə alman brendi olan “ Bogner”ə məxsusdur. Dəstin qiyməti isə təqribən 1050 manatdan başlayır. Ajans.az-ın əldə etdiyi məlumata əsasən, icra başçısı Niyazi Bayramovun sevdiyi brend məşhur fransız markası “ Louis Vuitton” dur.