"Xatirə İslam tələbəm olub. İlk sənətə gələndə mən dərs demişəm. Atası Novruz müəllim əlindən tutub yanıma gətirib və deyib ki, qızım sənin kasetinlə yatıb durur. İstəyirəm ilk məsləhəti sən verəsən. 6 ay ona dərs demişəm".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində deyib.
İfaçı həmkarı Xatirə İslamın ilk müəllimi olduğunu bildirib. Onun bu sözləri isə Xatirəni əsəbləşdirib. Proqramda məsələyə münasibət bildirən ifaçı etiraz edib:
"Çox danışa bilmirəm. Tacir bəyin tələbəsi olmamışam. Hamı bilir ki, İslam Rzayevin tələbəsi olmuşam. Gözümü açandan sənətkarlar ətrafında olmuşam. Tacir bəydən də boğazlar oğurlamışam. Amma müəllimim İslam Rzayev olub. Tacir bəy deyə bilər ki, ətrafında olan ifaçılardan biri olmuşam".