RU

Netanyahu dünyanı təhdid etdi – Telefonlar və dərmanlar İsrailin bir hissəsidir...


ABŞ parlamentinin 50 ştatını təmsil edən 250 məclis üzvü İsrailə səfər edib. Səfər çərçivəsində keçirilən “50 ölkə - bir İsrail” tədbirində İsrailin xarici işlər naziri Gideon Saar və baş nazir Benyamin Netanyahu Amerika nümayəndə heyətinin üzvləri qarşısında çıxış ediblər.

Netanyahu çıxışı zamanı bir ABŞ jurnalistinə "Cib telefonunuz varmı?” deyə sual verib. Daha sonra isə bildirib: “Əlinizdə tutduğunuz telefonlar, qəbul etdiyiniz dərmanlar İsrailin bir hissəsidir… Bilirdinizmi? Telefonların, dərmanların və qidaların çoxu bizdən gəlir. Albalı pomidoru yeyirsiniz? Onların harada istehsal olunduğunu bilirsinizmi?"

Netanyahu İsrailin ABŞ-la paylaşdığı silah sistemlərini də tərifləyib: "ABŞ ordusuna verdiyimiz töhfə həm dünən, həm də bu gün İsrail üçün çox əhəmiyyətlidir. Hazırda İsrailin bir parçasını əlinizdə saxlayırsınız".

Xatırladaq ki, keçən ilin sentyabrında İsrail Livanda “Hizbullah” üzvlərinin daşıdığı peycerlərə kiberhücum təşkil etib və eyni zamanda onları partladıb. Hücum nəticəsində 3 minə yaxın insan yaralanıb. O zaman ABŞ-ın elektron döyüş təyyarəsinin Şərqi Aralıq dənizində Livanın hava məkanı üzərində uçduğu və hücumda əsas rol oynadığı bildirilirdi.

TAHİR

Избранный
8
baki-xeber.com

1Источники