RU

Küçə adları bir növ tarixi və mədəni xəritədir— Memar

“Küçə və prospekt adlarının dəyişdirilməsi təkcə formal qərar yox, həm də şəhərin yaddaşını və kimliyini formalaşdıran mühüm prosesdir. Küçə adları bir növ tarixi və mədəni “xəritə”dir”.

 Bunu Demokrat.az-a açıqlamasında memar Elçin Qasımzadə  deyib.

O qeyd edib ki, milli mənafeyə yad olan adların qalması həm ictimaiyyətin düşüncəsində ziddiyyət yaradır, həm də gələcək nəsillərə yanlış mesaj ötürür:

“Adların dəyişdirilməsi milli kimliyin gücləndirilməsi baxımından çox vacibdir. Lakin bu iş yalnız siyasi qərarla yox, şəhərsalma və urbanist yanaşma ilə aparılmalıdır. Çünki şəhərin strukturu və mədəni kodları bir-biri ilə sıx bağlıdır. Məsələn, yeni salınan küçələrə və prospektlərə şəhidlərimizin, görkəmli alim və sənətkarların adlarının verilməsi həm simvolik, həm də mədəni dəyər daşıyır. Eyni zamanda, mövcud adların dəyişdirilməsində  sakinlərin, ziyalıların, tarixçilərin və memarların fikri nəzərə alınsa, nəticə daha sağlam olar. Bu prosesdə şəhərin vizual mühiti də diqqətdə saxlanmalıdır. Lövhələrin, yol göstəricilərinin, xəritələrin yenilənməsi vahid dizayn standartlarına uyğun aparılmalıdır. Bu həm estetik baxımdan şəhərə dəyər qatacaq, həm də oriyentasiyanı asanlaşdıracaq. Əks halda, qarışıqlıq və çaşqınlıq yaranacaq”.

Leyla Turan
Demokrat.az
Избранный
5
1
demokrat.az

2Источники