Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əfqanıstanda hakim Taliban hərəkatının lideri Hibətullah Axundzadə “əxlaqsızlığın qarşısını almaq üçün” bir əyalətdə “Wi-Fi”ı qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.
Bu, Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə qadağadır. Qərar mobil internet fəaliyyətini davam etdirsə də, ölkənin şimalındakı Bəlx əyalətində hökumət idarələrini, özəl sektoru, dövlət idarələrini və evləri “Wi-Fi”dan məhrum edib.
Əyalət hökumətinin sözçüsü Hacı Attaullah Zaid bildirib ki, lider Axundzadənin göstərişi ilə Bəlxdə artıq kabel interneti yoxdur.
“Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb və ehtiyacları ödəmək üçün ölkədə alternativ düşünüləcək” - deyə Zaid bildirib.
Xatırladaq ki, “Taliban” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra ölkədə çoxsaylı məhdudiyyətlər qoyub. Bu məhdudiyyətlər əsasən qadınlara şamil edilir. Belə ki, hərəkat daha öncə qadınlara nazik, dar və ya qısa geyinməyi, qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxmağı, ictimai yerlərdə və evlərində yüksək səslə danışmağı və s. kimi qadağalar tətbiq edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.