RU

Tramp: Zelenski Rusiya ilə razılaşmaya məcbur olacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın gələcəkdə Rusiya ilə atəşkəs barədə razılaşma imzalamağa məcbur olacaq.

Editor.az xəbər verir ki, bu barədə Clash Report məlumat yayıb.

«Zelenski ilə Putin bir-birlərini nifrət edirlər. Görünür, mən onlarla eyni otaqda oturmalı olacağam, çünki ikisi bir yerdə ola bilmir, nifrət çox güclüdür», — deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin Avropa ölkələrinin Rusiyadan neft almağı dayandırmalı olduğunu qeyd edib.

//Samir Qurbanov, Editor.az

Избранный
25
8
editor.az

10Источники