RU

Trampdan sensasion açıqlama: Zelenski Putinlə razılığa getməli olacaq

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski müharibənin dayandırılması üçün Rusiya lideri Vladimir Putinlə razılaşmaya getməli olacaq.

Ulusal.az xəbər verir ki, Tramp bu fikirləri Böyük Britaniyaya səfər öncəsi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən ay Alyaskada Putinlə görüş zamanı mühüm irəliləyişlər əldə olunub, lakin “tango üçün iki nəfər lazımdır”.

Ağ Ev rəhbəri əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri “bir-birinə nifrət edir” və “eyni otaqda ola bilmirlər”. Buna görə də Trampın danışıqlarda şəxsən iştirak etməsi istisna edilmir. “Bu, düşündüyümdən daha çətin oldu, çünki Putinlə Zelenski arasında böyük nifrət var. Amma biz bu müharibəni dayandıracağıq”, – Tramp vurğulayıb.

Bundan başqa, ABŞ prezidenti Avropa ölkələrini Rusiyadan neft alışı ilə bağlı mövqelərini dəyişməyə çağırıb: “Avropa Rusiyadan neft almasını dayandırmalıdır. Onlar danışır, amma hələ də alırlar”.

ABŞ dövlət katibi Marko Rubio isə Trampın gələn həftə Nyu-Yorkda, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Zelenski ilə görüşə biləcəyini istisna etməyib.

Kiyevdə hələlik belə bir görüşün mümkünlüyü barədə şərh verilməyib. Zelenski isə Sky News-a müsahibəsində Trampı Rusiyaya qarşı sanksiyalar və Ukraynanın təhlükəsizliyi məsələsində “aydın mövqe” nümayiş etdirməyə çağırıb. O həmçinin Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli sammitini zəruri hesab etdiyini bildirib.

Kreml isə bu həftə açıqlama verərək yaxın vaxtlarda belə bir görüşün planlaşdırılmadığını bildirib.

Избранный
19
moderator.az

1Источники