RU

“Zelenski razılığa gəlməli olacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq üçün razılaşma əldə etməli olacaq.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Böyük Britaniyaya uçmadan əvvəl jurnalistlərə deyib.

Tramp bir ay əvvəl Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə çox şey əldə edildiyini, lakin “tanqoya iki nəfər lazım olduğunu” söyləyib.

Respublikaçı etiraf edib ki, Rusiya və Ukrayna liderləri arasında danışıqlarda iştirak etməli olacaq, çünki onlar “bir-birinə nifrət edirlər” və “bir otaqda ola bilməzlər”. Tramp bildirib ki, razılığa gəlmək onun gözlədiyindən daha çətindir.

Избранный
24
2
sitat.info

3Источники