RU

“Yeni dövrün çağırışı: Sosial məsuliyyətli ictimai tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

“Yeni dövrün çağırışı: Sosial məsuliyyətli ictimai tərəfdaşlıq” mövzusunda dəyirmi masa təşkil edilib. DOST Agentliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir "Yeni dövrün çağırışı: Sosial məsuliyyətli ictimai tərəfdaşlıq” mövzusuna həsr olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə dövlət və özəl sektor, eləcə də, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bu cür görüşlərin əhəmiyyəti barədə danışıb və DOST-un fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.

Görüş çərçivəsində iştirakçılar dövlət, QHT və özəl sektor arasında tərəfdaşlığın sosial rifahı gücləndirməkdə mühüm rolunu vurğulayıblar. Tədbir ümumi müzakirələrlə davam edib. Bildirilib ki, bu cür platformalar sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması və dövlət-cəmiyyət əməkdaşlığının daha da inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

 

Избранный
21
3
azertag.az

4Источники