RU

Netanyahu Erdoğanı hədəf aldı: “Qüds sizin deyil!”

İsrail Baş naziri Netanyahu ABŞ Dövlət Katibi Marco Rubio ilə Qüdsdəki tədbirdə çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı sərt açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Netanyahu deyib: “Biz buradayıq. Qüds bizim şəhərimizdir. Cənab Erdoğan, bu sizin şəhəriniz deyil. Bu həmişə bizim şəhərimiz olacaq və bir daha bölünməyəcək.”
Hadisə, İsrailin Qəzzaya hücumlarının başladığı günlərə təsadüf edir.

Erdoğan isə Dohadakı İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası Zirvəsində İsrailə sanksiya çağırışı etmişdi.

Избранный
48
1
sherg.az

2Источники