RU

Fatih Terim Azərbaycan millisinə gəlir? Açıqlama

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Artıq bir neçə gündür ki, Azərbaycan milli komandasına Fatih Terim və ya Engin Fıratın gətiriləcəyi ilə bağlı xəbərlər tirajlanır.

Metbuat.az Sportal.az-a istinadən xəbər verir ki, federasiya rəhbərliyi nə Terim, nə də Fıratla danışıq aparıb.

AFFA-nın Fatih Terim və ya Engin Fıratı baş məşqçi postuna dəvət etmək kimi planı yoxdur. Bu, sadəcə menecerlərin gündəmə gətirmək istədiyi məşqçilərdir.

Əslində isə AFFA rəhbərliyi millinin yeni baş məşqçisinin yerli olacağı ilə bağlı artıq qərarını verib.

Sadəcə onun kimliyinə yaxın vaxtlarda aydınlıq gətiriləcək. AFFA-nın namizədləri arasında Ayxan Abbasov və Rəşad Sadıqovun olduğu iddia olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
4
metbuat.az

5Источники