RU

ABŞ və Hindistan arasında ticarətlə bağlı danışıqlar müsbətKEÇİB

Hindistan və ABŞ arasında ticarətlə bağlı danışıqlar müsbət keçib.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Hindistanın ticarət nazirliyi məlumat yayıb.

“Qərara alındı ki, qarşılıqlı faydalı olan ticarət razılaşmasının ilkin nəticələrinə nail olmaq üçün səylər intensivləşdirilsin”,- nazirlik detallara varmadan bəyan edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Hindistana əlavə olaraq 25%-lik tarif vergisi tətbiq etməsi, Vaşinqtonun bu ölkədən aldığı tarif vergilərinin həcmini 50%-ə yüksəldib.

Bu da öz növbəsində ikitərəfli münasibətlərdə gərginliyə səbəb olub.

Избранный
8
3
redaktor.az

4Источники