- Yalan xəbərlərin azaldılması – Saxta, yanıldıcı və ictimai təhlükəyə səbəb ola biləcək məlumatların platformalardan çıxarılmasını tələb edir.
- Platformaların məsuliyyəti – 2 milyondan çox istifadəçisi olan platformalar istifadəçilər tərəfindən şikayət edilən qanunsuz məzmunu dərhal qiymətləndirməli və mübahisəli olduğu təsdiqlənərsə, qanunsuz sayılan materialları dərhal silməlidirlər ( https://www.europarl.europa.eu/doceo/document/P-8-2018-000206_EN.html). Sosial media şirkətləri qanunu pozduqları təqdirdə böyük maliyyə cəzalarına məruz qala bilərlər. O, Almaniya ərazisində 2 milyondan çox istifadəçisi olan platformalara şamil edilir. Qanunsuz olduğu heç bir şübhə doğurmayan məzmunun 24 saat ərzində, mübahisəli məzmunun isə 7 gün ərzində silinməsini tələb edir. Şəbəkə adminlərini istifadəçilərin hüquqlarını qorumağa və qanunsuz məzmunun yayılmasının qarşısını almağa məcbur edir. Bu kontekstdə yanaşaraq, Almaniyada dezinformasiyaya qarşı mübarizə tədbirləri ilə sosial şəbəkə platformalarının tənzimləməsi üzrə qaydaların tətbiq edilməsi arasında bərabərlik işarəsi qoyulur. Nifrət nitqi və saxta xəbərlər mübarizə qanunu həm də sosial şəbəkə platformalarında ictimai mənafe naminə qaydaların tətbiq olunmasını ehtiva edir. Qanun sosial şəbəkə platformalarının provayderləri qarşısında saxta xəbərə qarşı mübarizə aparmaq öhdəliyi yaradır. Məlumat üçün qeyd edək ki, NetzDG qəbul edildiyi gündən mübahisələr doğurub. Həddindən artıq məzmun silinməsi problemi ən çox tənqid edilən məqamlardandır. Platformalar yüksək cərimə riskindən yayınmaq üçün bəzən qanunsuz sayılmayan mübahisəli məzmunları da silirlər. Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Repartyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna - Ədliyyə İdarəsinə həvalə edir (https://rsf.org/en/network-enforcement-act-apparently-leads-excessive-blocking-content ). “Facebook” və “Google”dan saxtalığı mübahisə doğuran məzmunu da bloklamaq tələb olunur. Bu baxımdan, Almaniya hüquqşünaslar daha şəffaf şikayət prosedurları və məhkəmə nəzarətinin artırılmasını tələb edirlər. Digər hüquqi çərçivələr NetzDG ilə yanaşı, AFR-də sosial şəbəkələrin fəaliyyətinə bir neçə digər normativ akt da təsir göstərir: - DSGVO (Ümumi məlumatların qorunması Qanunu ) 2018-ci ildə qüvvəyə minib. Onlayn informasiya resurslarında şəxsi məlumatların qorunması üzrə əsas aktdır. Bu qanun istifadəçilərə “unutulmaq hüququ”nu da təmin edir ( https://de.wikipedia.org/wiki/Datenschutz-Grundverordnung ).
- “Medienstaatsvertrag” Aktı 2020-ci ildə yeniləşdirilərək, onlayn platformaları klassik media ilə eyni tənzimləmə çərçivəsinə daxil edir ( https://de.wikipedia.org/wiki/Medienstaatsvertrag ).
- Telemedien-Datenschutz-Gesetz (TTDSG, 2021) – kukilər, istifadəçi məlumatlarının emalı və onlayn xidmətlərin məxfilik məsələlərini tənzimləyir. Bütün bu aktlar sosial şəbəkələrin həm məzmun siyasətinə, həm də istifadəçi məlumatlarının idarəsinə təsir göstərir. Adı çəkilən qanunlara əsasən, sosial şəbəkə operatorları Almaniyada avtomatlaşdırılmış alqoritmlər vasitəsilə şübhəli məzmunu aşkarlamağa və bloklamağa, insan moderatorlar vasitəsilə mürəkkəb halları qiymətləndirməyə, hüquq-mühafizə orqanlarının sorğularına cavab verməyə borcludurlar. İnzibati idarələrin rolu Almaniyada sosial şəbəkələrin tənzimlənməsi yalnız qanunla deyil, həm də xüsusi dövlət qurumları vasitəsilə həyata keçirilir: Almaniya Federal Ədliyyə İdarəsi (Bundesamt für Justiz) NetzDG Aktının icrasına nəzarəti həyata keçirir. Qanunun müddəalarının pozulmasına görə sanksiyalar tətbiq edir. Məlumatların mühafizəsi və informasiya azadlığı üzrə Federal Komissar (BfDI - Der Bundesbeauftragte für den Datenschutz und die Informationsfreiheit ) – şəxsi məlumatların qorunmasına nəzarət edir. Federal informasiya təhlükəsizliyi İdarəsi (BSI-Bundesamt für Sicherheit in der Informationstechnik) – kibertəhlükəsizlik üzrə riskləri izləyir. Landesmedienanstalten – media orqanlarında və sosial şəbəkələrdə reklam, informasiya balansı və azyaşlıların müdafiəsi məsələlərinə nəzarət edir. Əldə olunan nəticələr NetzDG-nin tətbiqindən sonra Almaniyada sosial şəbəkələrin fəaliyyəti nəzərəçarpacaq dərəcədə dəyişib. “Facebook”, “YouTube” və “Twitter”in təqdim etdiyi hesabatlara görə, bu ölkə üzrə milyonlarla şikayət araşdırılıb. Təkcə 2018-ci ilin ilk 6 ayı ərzində “Facebook” 264,818, “YouTube” 214,827, “Twitter” isə 886 şikayət doğuran məlumatı araşdırıb və mübahisəli olduğu üçün bloklayıb. Sonrakı ildə “YouTube” Almaniya seqmentiüzrə 285 min videonu NetzDG qanununun tələbləri çərçivəsində silib. Əksər platformalar nifrət nitqi, siyasi ekstremizm və terror təbliğatı adı ilə çoxsaylı məzmunun silindiyini qeyd ediblər ( https://policyreview.info/articles/analysis/reading-between-lines-and-numbers-analysis-first-netzdg-reports ). Bununla yanaşı, Almaniya təcrübəsi göstərir ki, sosial şəbəkələrin hüquqi-inzibati tənzimlənməsi effektiv olsa da, daimi yenilənməyə ehtiyac duyur. Süni intellekt və alqoritmik şəffaflıq haqqındahesabatlılıq günün əsas tələbinə çevrilir.Platformalardan alqoritmlərin iş prinsipləri barədə daha çox məlumat tələb olunması üçün hüquqi çərçivələrin müəyyən ediləcəyi gözləniləndir. Süni intellekt, “deepfake” və generativ məzmunlar üçün ayrıca hüquqi mexanizmlər tələb olunacaq.
Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.