2022-23 mövsümündə “Qalatasaray”da çıxış edən ispaniyalı ulduz Juan Mata karyerasını Avstraliyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu Avstraliyanın başqa klubu “Melburn Viktori” ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, keçən mövsüm o, Avstraliya təmsilçisi “Vestern Sidney”də çıxış etmişdi.