RU

ABŞ da pərakəndə satışlar ardıcıl 3 cü dəfə artıb

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Ticarət Nazirliyi avqust ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ABŞ-da pərakəndə satışlar avqustda aylıq əsasda 0,6 faiz artım göstərib. Satışların üç ay ardıcıl yüksəldiyi müşahidə olunub.

"Bloomberg" sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə satışların 0,2 faiz artacağı istiqamətində idi.

Bundan əlavə, iyul ayı üzrə pərakəndə satışlardakı artım 0,5 faizdən 0,6 faizə yuxarıya doğru yenidən hesablanıb.

Baza pərakəndə satışlar bu dövrdə 0,7 faiz artaraq 0,4 faiz proqnozunu üstələyib. Avtomobil istisna olmaqla satışlar da gözləntiləri üstələyərək 0,7 faiz yüksəlib.

13 kateqoriyadan 9-da, xüsusilə onlayn pərakəndəçilər, geyim mağazaları və idman malları üzrə artım müşahidə olunub. Bu vəziyyətin, yəqin ki, məktəb alış-verişlərinin təsiri ilə baş verdiyi qeyd olunur. Mühərrikli nəqliyyat vasitələrinin satışı isə daha zəif artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
48
1
banco.az

2Источники