RU

Kalsium qəbulu bədənimiz üçün niyə vacib şərtdir?

Kalsium bədənimizin sağlam qalması üçün həyati bir mineraldır.

E-saglam.az xəbər verir ki, kalsium xüsusilə sümüklərin və dişlərin möhkəmliyini təmin edir, əzələ və sinir funksiyalarında vacib rol oynayır. Yetərincə kalsium qəbul etməmək uzun müddətdə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Kalsium orqanizm üçün həyati əhəmiyyət daşıyan minerallardan biridir. Bədənə olan saysız faydalarına nəzər salaq:

Sümük və diş sağlamlığı: Kalsium sümükləri və dişləri möhkəm saxlayır, osteoporoz riskini azaldır.

Əzələ fəaliyyəti: Əzələlərin, o cümlədən ürək əzələsinin düzgün işləməsi üçün vacibdir.

Sinir sistemi: Sinir impulslarının ötürülməsində rol oynayır.

Qan laxtalanması: Kalsium qan laxtalanması prosesində iştirak edir.

Hormon və ferment fəaliyyətləri: Bəzi hormon və fermentlərin normal işləməsi üçün kalsium tələb olunur.

Nəzrin Abbas

E-saglam.az

Избранный
39
e-saglam.az

1Источники