RU

2026 cı ildə yenə də sprint yarışı Azərbaycan Qran Prisindən yan keçəcək

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Formula 1 2026-cı il mövsümü üçün sprint yarışlarının cədvəlini təsdiqləyib.

İdman.biz-in məlumatına görə, yeni ildə Çin (13-15 mart), ABŞ (Mayami, 1-3 may), Kanada (22-24 may), Böyük Britaniya (3-5 iyul), Niderland (21-23 avqust) və Sinqapurda (9-11 oktyabr) keçiriləcək.

Azərbaycan Qran Prisində növbəti dəfə həftəsonu sprint yarışı keçirilməyəcək, baxmayaraq ki, tarixdə “kral yarışları” çərçivəsində yeni sprint formatını qəbul edən ilk Bakı mərhələsi olub. Bu, 2023-cü il Azərbaycan Qran Prisində baş verib və sonra sprint yarışında Ferrari pilotu Şarl Lekler qalib gəlib.

Qeyd edək ki, Şanxay və Mayamidə sprintlər ardıcıl üçüncü dəfə olacaq, Silverstoun 2021-ci ildən bəri ilk dəfə bu yarışa qayıdacaq, Monreal, Zandvort və Sinqapurda isə ilk dəfə belə yarışlar keçiriləcək. Şəxsi sıralamaya Oskar Piastri (324 xal) başçılıq edir. O, Lando Norris (293) və hazırkı çempion Maks Ferstappeni (230) qabaqlayır.

2025-ci il Azərbaycan Qran Prisi bu həftə sentyabrın 19-21-də keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
icma.az

2Источники