RU

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Benfika”nı məğlub etdi - TARİXİ QƏLƏBƏ

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matç Ağdam klubunun  tarixi qələbəsi ilə yekunlaşıb - 3:2.

Oyunda meydan sahibləri ilk iki qolu vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis fərqlənib. Sezar pizza

"Qarabağ" matçda möhtəşəm geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi klub II turda, oktyabrın 1-də Bakıda Danimarka "Kopenhagen"ini qəbul edəcək.


Telegram kanalımız
Избранный
44
8
yenisabah.az

10Источники