RU

Roma Papası: Vəziyyət gərgindi, amma NATO müharibəyə başlamadı

BAKI, 17 sentyabr. TELEQRAF

"Şimali Atlantika Alyansı (NATO) heç bir müharibəyə başlamadı və Polşa pilotsuz təyyarə insidentindən sonra öz təhlükəsizliyindən narahatdır".

Teleqraf ANSA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Roma Papası XIV Leo deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət çox gərgindir.

"Və bu şübhəsiz ki, ciddi narahatlıq doğurur"

Qeyd edək ki, sentyabrın 10-da Polşada 20-yə yaxın pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Polşa hakimiyyəti və NATO nümayəndələri insidentdə Rusiyanı günahlandırıblar.

Избранный
31
2
teleqraf.com

3Источники