RU

Qələbəyə sorğu sualsız əmin idilər... Video

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununda “Benfika”ya qalib gəlib.

“Qafqazinfo”nun məlumatına görə, Ağdam təmsilçisinin bu qələbəsi nəinki Portuqaliyada, həm də dünya mediasında şok effekti yaradıb.

Oyun öncəsi keçirilən mətbuat konfransında “Benfika”nın baş məşqçisi Brunu Laje matçın favoriti olduqlarını və möhtəşəm gecə gözlədiyini bildirib.

“Biz evdə oynayırıq və möhtəşəm gecə keçirmək istəyirik. Biz meydanda taktikamızı rəqibə görə dəyişirik. Bu dəfə evdə “Santa Klara” ilə 1:1-lik heç-heçə etdiyimiz matçdan fərqli oynayacağıq. “Qarabağ” fərqli sistemdə çıxış edən komandadır. “Befnika” bu matçın favoritidir. Biz hər oyunda qalib gəlməliyik”. 

Bundan əlavə, yerli media nümayəndələri mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sual belə ünvanlamayıblar.

Bu da bir növ portuqaliyalıların qələbəyə əminliyindən xəbər verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
qafqazinfo.az

1Источники