RU

"Yuventus"un baş məşqçisi: "Dörd qol nəyinsə səhv getdiyini açıq şəkildə göstərir"

"İkinci hissədə səkkiz qolun vurulduğu matçı necə şərh edərsiniz? Siz mənə deyin. Zarafat bir yana, izah etmək çətindir".

Bu sözləri UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda "Borussiya Dortmund" ilə 4:4 bərabərə bitmiş oyundan sonra "Yuventus"un baş məşqçisi İqor Tudor deyib.

"Futbolda heç nə bitmir və biz sona qədər özümüzə inanaraq düzgün hərəkət etdik. Uşaqlar həqiqətən güclü komanda olan "Borussiya Dortmund"la matçda hər şeyi verdilər. Şübhəsiz ki, üzərində düşünməli olduğumuz şeylər var. Dörd qol buraxmaq nəyinsə səhv getdiyini açıq şəkildə göstərir. Bəzi problemlər var idi və biz onları həll etmək üçün daha çox çalışacağıq. Çox güclü komandaya qarşı oynadıq, ona görə də hadisələrin necə getdiyini nəzərə alsaq, əlbəttə ki, yaxşı nəticədir", - Tudor deyib.

İdman.biz

Избранный
44
idman.biz

1Источники