Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxs saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
O qeyd edib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.