RU

Mehdiyevlərdən ən yüksək nəticə

Yüksək bal toplayanlar arasında Laçın rayon Minkənd sakini Orxan Müşfiq oğlu Mehdiyev də var. Orxan Mehdiyevin ailəsi yəni babası Mehdiyev Əyyub Subut oğlu 1992-ci ildə Şamaxının Qızmeydan kəndinə məcburi köçkün kimi pənah gətirmişdilər. Mehdiyev Əyyub dill-ədəbiyyat müəllimi idi. Elə Qızmeydan kənd orta məktəbində ömrünü sonuna qədər dərs dedi. Ümumiyyətlə Orxanın bir qardaşı Əyyub Mehdiyev də yüksək nəticə əldə edərək TİBB universitetinə qəbul olub. Orxan da TİBB universitetini seçdi. Azərbaycanımıza xeyirli olsun....


Xatırladaq ki, sentyabrın 8-də Şamaxıda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisinin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və rayon təhsil sektorunun müdiri Məsud Babayev yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik ediblər.

Ali məktəblərdə gənclərə uğurlar arzulayan və dəyərli tövsiyələr verən natiqlər onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərinə əminliyini bildiriblər.

Tədbirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə təşəkkürnamə və hədiyyələr verilib.



Избранный
19
azia.az

1Источники