Şərqi Konqoda gərginlik davam edir. M23 üsyançı qruplaşmasının Gomada keçirdiyi hərbi parad bölgədə sülh prosesinin gələcəyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Təxminən 7 min yeni döyüşçünün nümayiş etdirildiyi parad həm yerli əhalidə, həm də beynəlxalq müşahidəçilərdə suallar doğurub.
M23-un əsas dəstəkçisi kimi göstərilən Ruandanın geri çəkilməsi gözlənilən Vaşinqton sazişinin əsas şərtlərindən biri idi. Lakin üsyançıların nümayişi, həmçinin tərəflərin qarşılıqlı ittihamları atəşkəsin davamlılığını şübhə altına alır.
Amnesty International və digər hüquq müdafiə təşkilatları zorla döyüşçü toplama hallarının genişlənməsindən xəbər verir. BMT-nin son hesabatında isə Konqo ordusu və M23 üsyançılarının bir sıra ağır insan haqları pozuntularına yol verdiyi vurğulanır. Bunlara kütləvi zorlamalar, işgəncələr və dinc sakinlərin öldürülməsi daxildir.
Mütəxəssislər hesab edirlər ki, bu addımlar Qətərin vasitəçiliyi ilə başlanan və Vaşinqtonda yekunlaşması planlaşdırılan sülh prosesinə mənfi təsir göstərə bilər. Bölgədə 3 mindən çox insan həyatını itirib, milyonlarla sakin isə məcburi köçkünə çevrilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта