RU

İsrailin Qəzzadakı yeni əməliyyatı dəhşətlidir Kanada XİN:

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Kanada Xarici İşlər Nazirliyi İsrailin hərəkətlərini pisləyən yeni bəyanat yayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayaşb.

"İsrailin Qəzza şəhərində yeni quru əməliyyatı dəhşətlidir. Bu, humanitar böhranı daha da gücləndirir və girovların azad edilməsini təhlükə altına qoyur. İsrail hökuməti beynəlxalq hüquqa riayət etməlidir.

Kanada dərhal və daimi atəşkəs, məhdudiyyətsiz humanitar yardım və bütün girovların azad edilməsinə çağırışda beynəlxalq tərəfdaşlarının yanındadır”, - deyə bəyanatda qeyd edilir.

Bu açıqlama sosial şəbəkələrdə tənqidlərə səbəb olub. “Aparteidə qarşı təcili embarqo” və soyqırıma qarşı konkret addımlar tələb edən islamçılar və onların solçu tərəfdarlarının xoru ilə yanaşı, başqa səslər də var.

Bəli, istifadəçilərdən biri: “Kanadanın Xarici İşlər Nazirliyinin bəyanatında, HƏMAS-ın oynadığı dəhşətli rol və bu terrorçu qruplaşmanın Qəzzada humanitar böhranı necə daha da dərinləşdirdiyi barədə heç bir qeyd edilməyib. HƏMAS, öz döyüşçülərini və silahlarını mülki ərazilərdə yerləşdirir, humanitar yardımı oğurlayır və israilli girovları azad etməkdən, silahları yerə qoymaqdan və təslim olmaqdan imtina edir. Yeter artıq, qurbanı ittiham etməkdən və İsraili tənqid etməkdən əl çəkin. Həqiqətən günahkar olanı etiraf edin: HƏMAS”, - deyə yazıb.

Başqa bir istifadəçi isə: “Amma HƏMAS-ın hər hansı beynəlxalq qanunları riayət etməsi tələb olunmur, Kanadanın isə terrorçuluq fəaliyyətini qınamamaq və öz müttəfiqini açıq şəkildə tənqid etmək? Əla. 7 oktyabrda 7 kanadalı öldürülüb və zorlanıb”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
icma.az

1Источники