RU

Hindistan və ABŞ ticarət sazişi üzrə səyləri artırmağa razılaşıblar

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan və ABŞ-dan olan müzakirəçilər ikitərəfli ticarət sazişinin bağlanması üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, bu barədə  Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

"Danışıqlar müsbət və perspektivli olub, ticarət sazişinin müxtəlif aspektlərini əhatə edib. Hindistan və ABŞ arasında ikitərəfli ticarətin davamlı əhəmiyyəti qəbul edilib. Qarşılıqlı faydalı ticarət sazişinin mümkün qədər tez bağlanması üçün səylərin gücləndirilməsi barədə qərar qəbul edilib", - məlumatda deyilir.

Departamentdən verilən məlumata görə, Hindistan-ABŞ ikitərəfli ticarət sazişi üzrə baş müzakirəçi Brendan Linçin rəhbərlik etdiyi ABŞ Ticarət Nümayəndəliyi Ofisinin rəsmilərindən ibarət qrup Hindistana səfər edib.

"Onlar Hindistan-ABŞ ticarət əlaqələri üzrə xüsusi katibin başçılıq etdiyi Ticarət Departamentinin nümayəndələri ilə, o cümlədən iki ölkə arasında ikitərəfli ticarət sazişi ilə bağlı danışıqlar aparıblar", - departament qeyd edib.

Yenilənmiş ticarət danışıqları ABŞ-ın Rusiya neftinin alışına görə avqust ayında Hindistana tarifləri artırmasından sonra ilk danışıqlardır.

Избранный
63
4
banco.az

5Источники