RU

İngiltərədə Trampa qarşı qeyri-adi ETİRAZ

ABŞ Prezidenti Donald Trampın səfəri ərəfəsində onun əleyhdarları etiraz aksiyası keçiriblər. Belə ki, Böyük Britaniyada etirazçılar Trampın adı qalmaqallı maliyyəçi Ceffri Epşteynlə birlikdə çəkilmiş fotosunu Vindzor qalasının divarına proyeksiya ediblər.

AzPost-un İngiltərə mediasına istinadən məlumatına görə, hadisə ilə bağlı dörd nəfər saxlanılıb. Onların barəsində ictimai asayişin pozulması ittihamı irəli sürülüb.

Qeyd edək ki, Tramp Böyük Britaniyaya prezident kimi ikinci rəsmi səfərini edir. İlk dəfə o, 2019-cu ildə Londona rəsmi səfər etmişdi. Həmin dövrdə də genişmiqyaslı etiraz aksiyaları təşkil olunmuşdu.

Etirazçılar bu dəfə də Londonda geniş yürüş keçirməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alverində ittiham olunmuşdu. O, uzun müddət rezidensiyalarında azyaşlılarla intim əlaqədə olmaqda təqsirləndirilirdi.

AzPost.az

Избранный
47
1
azpost.info

2Источники