RU

Təkrar-təkrar izləyirsən, doymursan, bizi yaşadırsan, QARABAĞ!

"Qarabağ"ın dünənki oyunu xalqın ruhunun futbol formasında təcəssümü idi.
Futbolçularımızın hər bir zərbəsi bizi Avropadan dünyaya göstərdi.
Avropadan dünyaya həm də Qarabağı nümayiş etdirdi.
Özgüvənliyimizi nümayiş etdirdi,
sonadək vuruşmaq əzmində və gücündə olduğumuzu nümayiş etdirdi, 
qarşı tərəfə ağ bayraq qaldırtmaq əzmimizi nümayiş etdirdi.
Bu, bir futbol maçı deyildi, 
Təkrar izləyirsən, 
doymursan, 
güc alırsan, 
qürur duyursan, 
Zəfər yaşayırsan.

Bu, qalibiyyət İkinci Qarabağ savaşından əvvəl də, sonra da dəyişməyən ənənədir.
Qarabağ ruhunun yenidən doğulmasıdır. 
Bizi gələcəyə səsləyən enerjidir.
"Qarabağ" Avropa stadionlarının işığında parlayan Azərbaycan ulduzdur.
"QARABAĞ" FK master-klass dərsi keçir. 
Bu, döyüşkənlik dərsi, 
əzm dərsi, 
inad dərsi, 
Vətən sevgisi dərsidir. 
Səni sevirik "Qarabağ"!
Sən idman meydanındakı QARABAĞIMIZSAN...
Sən Zəfər tariximizin canlı səhifəsisən.

Избранный
38
1
modern.az

2Источники