UEFA Çempionlar Liqasında Portuqaliyanın "Benfika" klubu üzərində inamlı qələbə qazanan "Qarabağ"ın alacağı bonus bəlli olub.
Modern.az xəbər verir ki, bu qələbəyə görə Ağdam klubu UEFA-dan 2.1 milyon avro bonus alacaq.
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmada "Qarabağ" "Benfika"nı öz meydanında 3:2 hesabı ilə məğlub edib.