RU

Rza Zərrabın həyatı film olacaq

ABŞ-da yaşayan cənubi azərbaycanlı biznesmen Rza Zərrabın həyatı barədə film çəkiləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  adını Aaron Qoldsmis olaraq dəyişdirən Zərrab "Netflix" ilə razılığa gəlib. 

Biznesmenin həyatının sənədli film, yoxsa serial kimi yayımlanacağı hələ ki, təsdiqini tapmayıb.

Qeyd edək ki, Rza Zərrab 2016-cı ildə ABŞ-nin Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-nin İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilib. Daha sonra ev dustaqlığına buraxılan iş adamının 2017-ci ildən azadlıqdadır. 

O, türkiyəli müğənni Ebru Gündeşlə evli olub. 

Gülayə Mecid 

Избранный
46
1
unikal.az

2Источники