RU

İsrail və Suriyalı nazirlər Bakıda - sabah kritik görüş var


Artıq tam əminliklə demək olar ki, Azərbaycan paytaxı beynəlxalq miqyaslı mühüm və kritik görüşlər üçün danışıq məkanına çevrilib. Coğrafiyasından asılı olmayaraq istənilən vacib beynəlxalq müzakirələr Bakıda planlaşdırılır. Bu, sözün əsl mənasında Azərbaycanın təkcə bölgə üçün deyil, həm də beynəlxalq aləm üçün önəm və etibarlı dövlət imicini daha da gücləndirir və mühüm beynəlxalq dəyər göstəricisidir. Xatırlayırsınızsa, bir neçə dəfə İsrail və Suriya təmsilçiləri arasında mühüm görüşlər Bakıda keçirilmişdi.
Bakıda İsrail və Suriya təmsilçiləri arasında daha bir mühüm görüş keçiriləcək. Bu barədə "Skay Nyus Arabia" mənbələrə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüşü keçiriləcək.

Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər. Danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barak da iştirak edəcək.

Mətləb Salahov

Избранный
28
baki-xeber.com

1Источники