Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mingəçevirdə minik maşını məktəbə gedən ana və iki övladını vurub.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 6 saylı orta məktəbin qarşısındakı yolda baş verib.
"Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları -2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.
Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma başlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.